Bakıda PARTLAYIŞ: ölən var
    • 19-04-2024, 13:41
    • 265

Bakıda PARTLAYIŞ: ölən var

Bakıda evdə partlayış olub.

News24.az bildirir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Burada evlərdən birində qaz sızması nəticəsində partlayış olub. Daha sonra evdə yanğın başlayıb.

Nəticədə ev sahibi 60 yaşlı Əliyev İlqar Ağamusa oğlu yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.