-
- 21-04-2024, 11:32
- 305
Kataloniya klubu tarixi ilkə imza atdı
İspaniya La Liqasında bu mövsümün sürpriz komandası olan "Jirona" avrokuboka vəsiqəni təmin edib.
News24.az Unikal-a istinadla xəbər verir ki, kataloniyalılar çempionatın 32-ci turunda evdə "Kadis"ə qalib gəlməklə (4:1) buna nail olublar.
Beləliklə, "Jirona" 7-ci pillədəki "Betis"lə xal fərqi 20-yə çatdırıb ki, hətta nəzəri cəhətdən geridə qalan 6 raundda bu fərqi aradan qaldırmaq mümkün deyil.
Bununla yanaşı, "Jirona"nın Çempionlar Liqasına vəsiqə şansı da çox yüksəkdir - Miçelin komandası 5-ci yerdə olan "Atletik"i 10 xal qabaqlayır. "Mundo Deportivo"nun məlumatına görə, “Jirona” bundan əvvəl heç vaxt Avropa yarışlarında çıxış etməyib. Üstəlik, Kataloniya klubu bu il İspaniya futbolunun elitasında cəmi 4-cü mövsümünü keçirir.