Yol qəzası: 27 uşaq xəsarət aldı
    • 21-04-2024, 18:20
    • 160

Yol qəzası: 27 uşaq xəsarət aldı

[spoiler][/spoiler]


Almaniyanın qərbindəki Olpe şəhəri yaxınlığında avtobusun aşması nəticəsində 27 məktəbli xəsarət alıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, avtobusda Marburqdan İngiltərəyə 15-17 yaşlı məktəblilər olub, göyərtəsində böyüklər də olub. A45 şosesində avtobus qəfildən yoldan çıxaraq aşıb.

Dörd yeniyetmə ağır yaralanıb və xəstəxanaya aparılıb. Avtobus sürücüsü də yüngül xəsarətlər alıb. Qəzanın səbəbləri aydınlaşdırılır.