12 il sonra ilk: Ərdoğan İraqa gedir
    • 22-04-2024, 09:13
    • 108

12 il sonra ilk: Ərdoğan İraqa gedir

Türkiyə prezidenti Ərdoğan yerli seçkilərdən sonra xarici səfərlərinə başlayıb.

News24.az xəbər verir ki, Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.

Səfərin ən əhəmiyyətli gündəm maddələri bunlardır:

  • terrorla mübarizə, 
  • su ehtiyatlarından istifadə 
  • təbii qaz və neftin Türkiyəyə axını. 

Onu da qeyd edək ki, Ərdoğan 12 ildən sonra ilk dəfə İraqın paytaxtı Bağdada gedir.

Günel Məlikzadə