İranda daha bir həyəcan: Əhaliyə
    • 22-04-2024, 13:47
    • 218

İranda daha bir həyəcan: Əhaliyə "timsahlar gəlir" xəbərdarlığı edildi

BƏƏ və Omandan sonra fırtına İranı da vurub. İranda sel fəlakəti zamanı səlahiyyətlilər timsah hücumlarına qarşı ictimaiyyəti xəbərdar edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, İranın yarı-rəsmi xəbər agentliyi “Mehr”-in məlumatına görə, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətinə də təsir edib.

“İRNA” rəsmi xəbər agentliyinə danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin rəhbəri Məcid Muhibbi sel zamanı biri azyaşlı olmaqla 8 nəfərin öldüyünü açıqlayıb.

Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatının yayımladığı bəyanatda timsahların sel nəticəsində şəhərlərə enə biləcəyi barədə xəbərdarlıq edilib. Ştat sakinlərindən sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərə və vəhşi təbiətə yaxın yerlərə səyahət etməmələri xahiş olunub.