İranda güclü qum fırtınası: 565 nəfər xəsarət aldı
    • 14-07-2023, 22:48
    • 192

İranda güclü qum fırtınası: 565 nəfər xəsarət aldı

İyulun 12-də İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində güclü qum fırtınası baş verib.

News24.az​​​ İRNA-ya istinadən xəbər verir ki, bu barədə regionun böhran qərargahının rəhbəri Məcid Möhəbbi məlumat verib.

"İyulun 12-dən indiyədək Zabol, Zahak, Xamun, Xirmənd və Nimruz bölgələrində 565 nəfər tibb müəssisələrinə müraciət edib, onlardan 46-sı xəstəxanaya yerləşdirilib", - Möhəbbi qeyd edib.