ABŞ qüvvələri İraqda hücuma məruz qaldı
    • 22-04-2024, 23:45
    • 132

ABŞ qüvvələri İraqda hücuma məruz qaldı

Suriyadan sonra İraqda da ABŞ qüvvələri hədəfə alınıb.

News24.az xəbər verir ki, ABŞ rəsmisi İraqın Ayn əl-Əsəd hava bazasında yerləşdirilən ABŞ qüvvələrinin pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qaldığını, lakin hər hansı dağıntı və ya itki olmadığını açıqlayıb.

Bu hücum son 24 saatda bölgədəki ABŞ qüvvələrinə ikinci PUA hücumu olub.

Ötən ilin sonundan etibarən İranın dəstəklədiyi şiə silahlı qruplaşmalar ABŞ-ın İsrailə dəstəyinə görə İraq, Suriyada ABŞ qüvvələrinə raket və PUA hücumları həyata keçirir.

Qeyd edək ki, sözügedən qruplar bu hücumlara üç aylıq fasilə veriblər.

Günel Məlikzadə