İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verdi
    • 22-04-2024, 18:38
    • 118

İsrail hərbi kəşfiyyatının rəhbəri istefa verdi

İsrailin hərbi kəşfiyyat departamentinin rəhbəri Aharon Haliva 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrail ərazisinə daxil olması hadisələrinə görə məsuliyyət daşıdığına görə istefa verib. 

News24.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xaliva Ordunun Baş Qərargah rəisi Herzi Haleviyə qərarı barədə bildirib, istefa razılaşdırılıb və varis təyin edildikdən sonra proses baş verəcək. Baş Qərargah rəisi Halivaya İsrail ordusunda 38 illik xidmətinə görə təşəkkür edib, onun ölkənin təhlükəsizliyinin təmin olunmasında böyük töhfəsini qeyd edib.

Mehriban Mirzəzadə