İlk dəfə evtanaziya həyata keçirildi
    • 23-04-2024, 15:16
    • 210

İlk dəfə evtanaziya həyata keçirildi

Peruda ölkə tarixində ilk dəfə olaraq degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) edilib.

News24.az xəbər verir ki, 12 yaşından bəri polimiyozitdən (əzələ ağrısı) əziyyət çəkən və müalicəsi mümkün olmayan 47 yaşlı Ana Estradanın evtanaziya tələbi Peru Məhkəməsi tərəfindən qəbul edilib. 

Hakim Josefina Miro Quesada bildirib ki, Estrada tibbi evtanaziya prosedurunu qəbul edib və öz iradəsi ilə həyatla vidalaşıb.

Belə ki, degenerativ xəstəlikdən əziyyət çəkən şəxsə ölkə tarixində ilk dəfə evtanaziya edilib.

Estradanın vəkili Josefina Miro Quesada verdiyi açıqlamada Estradanın 5 ildir "ləyaqətli ölüm haqqı" uğrunda mübarizə apardığını və onun öz istəyi ilə evtanaziya edildiyini bildirib.

Estradanın ailəsi isə məsələ ilə bağlı belə deyib: “Ana səsini dinləyən, mübarizəsində ona yoldaşlıq edən, qərarını sevgi və qeyd-şərtsiz dəstəkləyən hər kəsə minnətdar idi”.

Günel Məlikzadə