Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb
    • 24-04-2024, 23:20
    • 113

Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb

Rusiyanın Ria xəbər agentliyinin məlumatına görə, Lvova-Belova Dohada mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, Lvova-Belova, Rusiya ilə Ukrayna arasında uşaqların ailələrinə qovuşması ilə bağlı danışıqlar aparıldığına dair məlumatı paylaşıb.

“Danışıqlar nəticəsində Ukraynada ailələrinə qovuşması lazım olan 29, Rusiyada  ailələrinə qovuşmalı olan 19 uşağın siyahısı  müəyyən edilib” deyilib.

Qətər tərəfinin bu siyahıların qeydə aldığını bildirən Lvova-Belova, il ərzində Qətərin vasitəçiliyi ilə ümumilikdə 33 uşağın ailələrinə qovuşduğunu bildirib.

Günel Məlikzadə