Bu avtobusların intervalına dəyişiklik edildi - RƏSMİ
    • 21-05-2024, 15:40
    • 139

Bu avtobusların intervalına dəyişiklik edildi - RƏSMİ

Bu gündən etibarən havalimanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

News24.az xəbər verir ki, bu barədə Bakı Bus MMC məlumat yayıb.

"Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspress avtobuslarının intervalı 1 saatdan 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb", - deyə məlumatda qeyd olunub.