Britaniya immiqrantları saxladı
    • 1-05-2024, 22:30
    • 167

Britaniya immiqrantları saxladı

İngiltərə Ruandaya mühacir göndərməyə başlayır.

News24.az xəbər verir ki, London hökuməti bu gün Britaniya rəsmilərinin qeyri-qanuni immiqrasiya siyasəti çərçivəsində Ruandaya göndəriləcək ilk immiqrantları saxladığını açıqlayıb.

İnsan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid edilən Ruanda baş nazir Rişi Sunakın rəhbərlik etdiyi hökumət üçün prioritet məsələdir.

Hakim partiya ilin sonunda keçiriləcək seçkilərdə Leyboristlərə qarşı yarışında immiqrasiya qanunvericiliyinə arxalanacağına ümid edir.

Qeyd edək ki, Lordlar Palatasının qanunu qəbul etməsindən sonra keçən həftə verdiyi açıqlamada Baş nazir Sunak 10-12 həftə ərzində Ruandaya qaçqın göndərməyə başlayacağını bildirib.

Hüquq qrupları bu planın “qeyri-insani” olduğunu bildirir.

Avropa Şurasının İnsan Haqları Bölməsi Böyük Britaniyanı mübahisəli planı ləğv etməyə, Birləşmiş Millətlər Təşkilatı isə qanunun yenidən nəzərdən keçirilməsini istəyib.

Günel Məlikzadə