-
- 4-05-2019, 17:07
- 1 160
Faşizm üzərində Qələbənin ildönümü münasibətilə hərbi hissədə tədbir keçirilib
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə Azərbaycan Ordusunun tabeliyində olan birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
News24.az xəbər verir ki, növbəti tədbir Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin "Vətən Uğrunda" səyyar təşviqat dəstəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə vurğulanıb ki, İkinci Dünya müharibəsi dövründə Azərbaycan xalqı SSRİ-nin digər xalqları ilə birlikdə faşizm üzərində ümumi qələbəyə öz töhfəsini layiqincə verib. İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşan 416, 402, 223 və 77-ci diviziyalar azərbaycanlılardan ibarət idi. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi dövründə təxminən 600 mindən çox azərbaycanlı döyüşçü orduya qoşulub və onlardan ən azı yarısı savaş meydanında həlak olub.
N nömrəli hərbi hissədə 9 may Qələbə gününə həsr olunmüş tədbirdə İkinci Dünya müharibəsində döyüşən azərbaycanlılardan ibarət diviziyaların bayraqları şəxsi heyət üçün nümayiş olunub. Hərbi qulluqçulara İkinci dünya müharibəsinin azərbaycanlı qəhrəmanları Həzi Aslanov, İsrafil Məmmədov, Qafur Məmmədov haqqında çəkilən tarixi filmlər nümayiş etdirilib.
Gənc leytenant Cəlal Nəcəfov çıxış edərək, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolundan fəxrlə danışıb. O, ulu babalarımızın davamçısı olaraq, zabit kimi Vətənə xidmət etməklə onların yolunu şərəflə davam etdirdiyini və İkinci Dünya müharibəsində Azərbaycan gənclərinin göstərdiyi rəşadətin, döyüş ruhunun bu gün də gənc nəslə bir örnək olduğunu deyib.
Digər hərbi qulluqçu da Sovet İttifaqı qəhrəmanı Məstan Əliyev nəslinin davamçısı kimi babasının keçdiyi şərəfli döyüş yolundan danışıb.
Qələbə gününə həsr olunmuş tədbirdə "Vətən Uğrunda" səyyar təşviqat dəstəsi "Əsgər məktubu" layihəsi həyata keçirib. Əsgərlər bu layihə çərçivəsində öz nənə və babalarına ünvanladıqları məktublarda onlara İkinci Dünya müharibəsində Alman faşizmi üzərində əldə olunan qələbəyə görə minnətdar olduqlarını bildiriblər.