Modelin əri ölü tapıldı - FOTO
    • 6-05-2024, 14:47
    • 189

Modelin əri ölü tapıldı - FOTO

İki il əvvəl iş adamı Fevzi Kardeseci ilə ailə quran və ABŞ-da məskunlaşan müğənni Yeşim Erçetin həyat yoldaşını itirib. Erçetin üzücü xəbəri sosial media hesabında açıqlayıb.

News24.az xəbər verir ki, Fevzi Kardesecinin duşda başını mərmər döşəməyə vuraraq öldüyü öyrənilib. Kardesecinin cansız cəsədini Yeşim Erçetin tapıb.

"ACIM ÇOX BÖYÜKDÜR"

Erçetin, "Andımıza sadiq qaldıq, yaxşı gündə də, pis gündə də bir yerdə olduq, əziz ərim. Getməyin çox ani oldu. Başsağlığı verənlərə təşəkkür edirəm. Acəm böyükdür" deyə açıqlama verib. 

Qeyd edək ki, keçmiş model, aparıcı və müğənni Yeşim Erçetin 6 ay eşq münasibəti yaşadığı iş adamı Fevzi Kardeseci ilə 2022-ci ilin fevral ayında ABŞ-ın Mayami şəhərində ailə həyatı qurub.

Onu da xatırladaq ki, Amerikada yaşayan cütlük bir müddət əvvəl boşanma xəbərləri ilə gündəmə gəlib.

YEŞİM ERÇETİN KİMDİR?

1979-cu ildə İstanbulda anadan olan Yeşim Erçetin 1996-cı ildə Neşe Erberk model agentliyində peşəkar model kimi fəaliyyətə başlayıb. 2000-ci ildə HBB (Sporazzi), Kanal 6 (Tam Gizli), Best TV (Yeşim) və MMC (1'den 3'e) adlı proqramların aparıcısı olub. O, Show TV (Zeynep), Kanal D (Sensiz Olma), Kanal D (Serseri) kimi seriallarda da rol alıb.

Erçetin 2000-ci ildə evləndiyi Ozan Orhondan 20 avqust 2003-cü ildə boşanıb. Cütlüyün 'Lara Yağmur' adlı bir qızı var. 2010-cu ildə Əmrə Matraşla ailə həyatı qurub və bu evlilikdən 'Masal' adlı bir qızı dünyaya gəlib. Uzun müddətdir cəsarətli fotoları haqqında danışılan cütlük 2015-ci il aprelin 1-də boşanıb.

Günel Məlikzadə