Qəzzada əsas ehtiyaclar tükənir
    • 7-05-2024, 23:40
    • 135

Qəzzada əsas ehtiyaclar tükənir

Atəşkəs danışıqlarında vasitəçi rolunu üzərinə götürən Misir İsrailin Rəfahda başlatdığı hərbi əməliyyatı pisləyib.

News24.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsi Qəzzada sərhədlərin bağlanmasından sonra yalnız bir günə kifayət qədər yanacağın qaldığını açıqlayıb.

BMT sözçüsü yanacağın Qəzzaya uzun müddət buraxılmamasının Qəzza zolağına yardım əməliyyatlarının “məzarı qoyulması” anlamına gəldiyini vurğulayıb.

Qəzza zolağına iki əsas keçidin bağlanması regionun demək olar ki, tamamilə xarici yardımdan kəsilməsi deməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı Rəfah Sərhəd Qapısından köçürülən xəstə və yaralılarla bağlı heç bir güzəşt edilməyəcəyini açıqlayıb.

Günel Məlikzadə