Dördüncü dəfə ana oldu - FOTO
    • 8-05-2024, 16:45
    • 172

Dördüncü dəfə ana oldu - FOTO

Amerikalı aktrisa və müğənni Hilari Daff dördüncü dəfə ana olub. Suda uşaq dünyaya gətirən məşhur ad körpəsini dünyaya gətirdiyi anları da izləyiciləri ilə bölüşüb.

News24.az xəbər verir ki, doğuş zamanı əri Metyu Koma Daffı bir an belə tək qoymayıb.

36 yaşlı məşhur aktyor paylaşımında "Bizi niyə bu qədər gözlətdiyinizi indi anladıq. Yanaqlarınızı mükəmməl edirdiniz" sözlərini yazıb.

Daff, "Aylardır səni qucağımda tutmağı xəyal edirəm. Son beş gündə səni tanımaq, sənə baxmaq, qoxunu duymaq saf və sehrli anlar idi. Gözəllik, hamımız səni sən kimi sevirik. çox uzun müddətdir ki, buradayam”.

Hilari Daff və Metyu Koma yeni doğulan qızlarına Townes Meadow Bair adını veriblər.

Daff və Koma 2017-ci ildə başlayan münasibətlərini 2019-cu ildə toyla taclandırıblar. Cütlüyün 3 yaşlı Mey və 6 yaşlı Banks adlı qızları var. Daffın keçmiş əri Mayk Komri ilə 12 yaşlı Luka adlı oğlu da var.

Günel Məlikzadə