"Helikopterdəkilər ilk dəqiqələrdə həlak olublar"
    • 20-05-2024, 12:15
    • 256

"Helikopterdəkilər ilk dəqiqələrdə həlak olublar"

İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd bildirib ki, İran prezidenti İbrahim Rəisinin helikopterinin qalıqları xilasedicilər tərəfindən 2,5 min metr yüksəklikdə aşkar edilib.

“Qızıl Aypara Cəmiyyətinin xilasediciləri vertolyotun qalıqlarını 2500 m hündürlükdə aşkar ediblər”, - deyə IRIB telekanalı onun sözlərini sitat gətirib.

News24.az xəbər verir ki, Kolivandın qeyd etdiyi kimi, axtarış-xilasetmə əməliyyatında 2 mindən çox insan iştirak edib. Onun sözlərinə görə, əməliyyat sırf İran qüvvələri tərəfindən həyata keçirilib və heç bir xarici yardıma ehtiyac olmayıb.

"Helikopterdə olan hər kəs fəlakətdən sonra ilk dəqiqələrdə həlak olub", - Kolivand əlavə edib.

Günel Məlikzadə