Kimya fabrikində partlayış: Ölən və yaralananlar var - VİDEO
    • 9-05-2024, 17:09
    • 175

Kimya fabrikində partlayış: Ölən və yaralananlar var - VİDEO

Cənub-Şərqi Asiya ölkəsi olan Tailandın Map Tha Put əyalətində kimya fabrikinin anbar çənlərindən birində yerli vaxtla saat 10.30-da partlayış baş verib.

News24.az xəbər verir ki, günorta saatlarında partlayışın digər tanklara keçməsindən sonra başlayan yanğından sonra bölgədə 2-ci dərəcəli həyəcan siqnalı verilib. Partlayışlar səbəbindən yanğınsöndürənlər müdaxilə etməkdə çətinlik çəkib və ərazi boşaldılıb.

Map Tha Put əyalətinin qubernatorluğundan verilən açıqlamada fabrikin ətrafındakı 2 kvadrat kilometr ərazinin boşaldıldığı və xalqa yanğından yayılan zəhərli qazdan qorunmaq üçün maska taxmaları ilə bağlı xəbərdarlıq edildiyi bildirilib.

Komandaların gərgin səyi nəticəsində alov saat 16.50-də nəzarətə götürülüb.

SCG Chemicals neft-kimya şirkətinin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Günel Məlikzadə