Azərbaycanda faciəli şəkildə həlak olan qazinin GÖRÜNTÜSÜ - ANBAAN VİDEO
    • 14-05-2024, 09:07
    • 168

Azərbaycanda faciəli şəkildə həlak olan qazinin GÖRÜNTÜSÜ - ANBAAN VİDEO

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub.

News24.az lent.az-a istinadən xəbər verir ki, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış.

Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin "Chevrolet" markalı avtomobilə çırpılması nəticəsində Samir Həsənov ağır xəsarət alıb, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.