Azərbaycan klublarının Avropadakı mövqeyi açıqlandı
    • Bu gün, 19:45
    • 51

Azərbaycan klublarının Avropadakı mövqeyi açıqlandı

Klubların UEFA reytinqi açıqlanıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, avrokubokların II təsnifat mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. 31,500 xala malik Qurban Qurbanovun yetirmələri 54-56-cı yerləri bölüşür. “Yanq Boyz”la “Ferensvaroş”un da eyni xalı var.

“Neftçi” 8,000 xalla 162-ci yerin şərikləri arasındadır. “Sabah”la “Sumqayıt” 4,000 xalla 294-cü yeri bölüşən klublar sırasında yer alıb.

“Zirə”, “Qəbələ” və “Şamaxı”nın 3,675 xalı var. Təmsilçilərimiz 314-cü yerə şərikdir.

Qeyd edək ki, siyahıya 129,000 xala malik “Mançester Siti” başçılıq edir.