Hərbi helikopter qəzaya düşdü: Ölənlər və yaralananlar var  - VİDEO
    • 15-05-2024, 15:33
    • 193

Hərbi helikopter qəzaya düşdü: Ölənlər və yaralananlar var - VİDEO

Əfqanıstanın Qor vilayətində hərbi helikopter çay sahilində qəzaya uğrayıb.

News24.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xarəzmi açıqlamasında deyib:

“Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri səhər saatlarında qəzaya uğrayıb.

Əvvəllər Harirud çayına yuvarlanan mikroavtobusda sərnişinlərin cəsədlərini daşımaq təyin edilən helikopter texniki nasazlıq səbəbindən təcili eniş etmək istəyərkən divara çırpılıb.

Təəssüf ki, 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Müdafiə Nazirliyi mərhumun ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır”.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə