Azərbaycanda tələbədən ŞOK HƏRƏKƏT
    • 15-05-2024, 20:00
    • 241

Azərbaycanda tələbədən ŞOK HƏRƏKƏT

Salyan rayonunda tələbə özünə məxsus avtomobili yandırıb.

News24.az Publika.az-a istinadla bildirir ki, Sübhan Cəbrayılov adına Salyan Peşə liseyinin tələbəsi Dadaş Məmmədov “Land Rover” markalı avtomobilini Salyandan keçən dəmiryolu xəttinin üzərində saxlayaraq od vurub.

O, əmək hüquqlarının pozulduğunu bildirib və ona etiraz olaraq bu addımı atdığını bildirib.

Daha sonra əraziyə gəlmiş polislər tərəfindən saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilib.

İctimai asayişi pozan şəxs Salyan rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə edilib.