Əfv Komissiyasının növbəti iclası keçirildi
    • 15-05-2024, 17:56
    • 114

Əfv Komissiyasının növbəti iclası keçirildi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

Növbəti iclasın mayın 22-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.