-
- 8-05-2019, 12:01
- 1 126
Bakıda Türkiyə vətəndaşı maşınla adam öldürdü - YENİ XƏBƏR
Bu ilin fevralında Bakının Binəqədi rayonunda ağır yol qəzası törətmiş Türkiyə vətəndaşının işi məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü İbrahim Tayat Fehmi işlədiyi şirkətə məxsus "İsuzu" markalı 90 JN 116 nömrəli yük maşını ilə Azadlıq prospektində hərəkətdə olarkən yolu keçən piyada, 1939-cu il təvəllüdlü Murad Abdullayevi vurub öldürməsi faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb. İş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və hakim Vüsal Tağıyevin icraatına verilib.
Məlumata görə, Murad Abdullayev hadisədə ağır xəsarət alıb və xəstəxanada rəhmətə gedib.