40 ildir övlad gözləyən Natavan Həbibi
    • 20-05-2024, 21:39
    • 481

40 ildir övlad gözləyən Natavan Həbibi

“İllər idi ki, ad günü məclisləri keçirirdim. Çünki bu mənim xoşuma gəlirdi. Amma ana olandan bu məsələlər arxa plana keçdi. Artıq anayam və bayramlarımın hamısı oğlum Zeydlə bağlıdır. Mən övladıma daha çox fokuslanmışam”.

News24az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Natavan Həbibi “Qonaqcanlı” verilişində deyib.

O bildirib ki, 40 il oğlan övladının olmağını arzulayıb:

“Ana olandan sonra həyatımda hər şey dəyişdi. Ana olandan sonra sənətimdən çox uzaqlaşdım. Buna səbəb də oğlum Zeyddir. İstəyirəm ki, zamanımın əksər hissəsini Zeydlə keçirim. İstəyirəm ki, bu şirin vaxtlarında övladımı doyunca görüm. 40 ildir ki, mən Zeydi gözləmişəm. İndi istəyirəm ki, onun dilindən çıxan hər sözü yanında olaraq eşidim. Onu çoxlu görüb, doymaq istəyirəm. Çünki sənətimizlə bağlı bizim işimiz elədir ki, səhər çıxırsan, evə səhərə yaxın gəlirsən.

Belə olan halda isə uşaq diqqətsiz qalır. Onsuz da biz çox çalışmışıq və diqqətimizi işimizə ayırmışıq. Amma Zeyd bir dəfə böyüyür. Onun bu yaşı bir dəfə olur. Ona görə də Zeydin yanında olmaq istəyirəm. Ən böyük arzum idi ki, oğlan övladım olsun. Nəhayət ki, bu arzuma çatdım. Ona görə də arzuma qeyri-ciddi yanaşmaq istəmirəm. Bu arzumu isə doyunca yaşamaq istəyirəm.

Eyni zamanda sevinirəm ki, həm bu hissləri yaşayıram, həm də musiqidə, işimdə artıq elə bir yerdə və pillədəyəm ki, hər şey mənim öz əlimdədir. Bir sözlə, istədiyim rahatlıqdayam. İstədiyim zaman efirə çıxıram, istədiyim zaman da evdən çıxmaya bilirəm. Bütün bunlar isə nə xoş mənə”.

Qeyd edək ki, Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyevlə ailəli olan Natavanın Zeyd adında bir övladı var./ Bizim.media