-
- 20-05-2024, 22:28
- 216
İranın XİN başçısı ilk iclasını keçirdi
İran xarici işlər nazirinin vəzifəsini icra edən nazirin müavini Əli Baqeri Kəni bu gün müavinlərin iştirakı ilk iclası təşkil edib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, iclasda iş gündəmi ilə əlaqədar proqramlar nazir müavinləri tərəfindən irəli sürülüb və həmin proqramlar haqda qərar verilib.
Qeyd edək ki, İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxberin qərarı ilə İran xarici işlər nazirinin vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edir.
Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.