Rusiyadan Fransaya: Reaksiya təkcə siyasi xarakter daşımayacaq
    • 22-05-2024, 13:28
    • 174

Rusiyadan Fransaya: Reaksiya təkcə siyasi xarakter daşımayacaq

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Fransa Ukraynaya hərbi qüvvələr göndərərsə, Rusiyanın reaksiyası təkcə siyasi xarakter daşımayacaq.

News24.az xəbər verir ki, RİA xəbər agentliyinin verdiyi məlumata görə, nazirliyin Avropa departamentinin rəhbəri Artyom Studnikov Rusiyanın belə bir vəziyyətdə hansı tədbirləri görəcəyini dəqiqləşdirməsə də, Moskvanın Parisə xəbərdarlıq etdiyini bildirib.

Studnikov əlavə edib ki, Fransa qüvvələrinin Ukraynaya göndərilməsi nüvə silahına malik iki ölkə arasında münaqişə riskini artıracaq.

Daha əvvəl Fransa Müdafiə Nazirliyinin Ukraynaya 2 minlik əsgər göndərməyə hazırlaşdığı iddia edilib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron da Rusiyanın həm daxildə, həm də döyüş meydanında Ukraynaya qarşı daha aqressivləşdiyini bildirib. 

O, əlavə edib: “Biz Rusiyanın məğlubiyyətinin Avropada təhlükəsizlik və sabitlik üçün zəruri olduğuna inanırıq. Biz deyirik ki, Ukraynaya qoşun yeridilməsi məsələsinə məhəl qoymamaq olmaz".


Günel Məlikzadə