"Fələstinin tanınması bizim üçün tabu deyil"
    • 22-05-2024, 23:30
    • 523

"Fələstinin tanınması bizim üçün tabu deyil"

Son həftələrdə bir çox Avropa Birliyi ölkələri Fələstini tanımağa qərar verəcəklərini bəyan edərək, bölgədə daimi sülh üçün iki dövlətli həllin vacib olduğunu müdafiə ediblər.

News24.az xəbər verir ki, Norveç, İrlandiya və İspaniya hökumətlərinin Fələstin dövlətini tanımağa qərar verdiklərini açıqlamasının ardından Fransa xarici işlər naziri Stefan Sejourne mövzu ilə bağlı açıqlama verib.

Nazir bildirib ki, Fələstin dövlətinin rəsmən tanınması Fransa üçün tabu deyil, lakin belə bir qərar lazımi anda qəbul edilməlidir və sadəcə siyasi mövqe məsələsi deyil.

"Bu, sadəcə olaraq simvolik məsələ və ya siyasi mövqe məsələsi deyil, sülh, təhlükəsizlik şəraitində yan-yana yaşayan iki dövlətin həllinə xidmət edən diplomatik vasitədir", - Sejourne bəyanatında bildirib.

Günel Məlikzadə