-
- 22-05-2024, 20:55
- 207
Yaponiyadan Çini qəzəbləndirəcək Tayvan mesajı
ABŞ-ın hərbi gücü ilə qorunmağa əsaslanan xarici siyasətində özünü Vaşinqtonun Asiya-Sakit Okean regionu səfiri kimi göstərən Tokio, yeni təyin olunmuş Tayvan lideri Laiyə göndərdiyi mesajla Pekini qəzəbləndirib.
News24.az Ednews-a istinadən xəbər verir ki, Yaponiya hökumətinin Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa mətbuat konfransında Yaponiya hökumətinin yeni təyin olunmuş Tayvanın lideri Laiyə təbriklərini çatdırdığını və Tayvanın yeni təyin olunmuş lider Lai Çinq dövründə ada ilə dostluq münasibətlərini inkişaf etdirməyi hədəflədiyini vurğuladı.
Tayvanı "son dərəcə əhəmiyyətli tərəfdaş və mühüm dost" olaraq xarakterizə edən Hayaşi, adanın Yaponiya ilə əsas dəyərləri paylaşdığını və sıx iqtisadi əlaqələrə malik olduğunu ifadə etdi.
Lainin rəhbərliyi altında ada ilə dostluq əlaqələrini inkişaf etdirməyi hədəflədiklərini qeyd edən Hayaşi, Tayvanla "qeyri-hökumət əsasları" əsasında əməkdaşlığı genişləndirmək üçün çalışacaqlarını bildirib.
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) Tokio-Taypey münasibətlərinə cavabdeh olan nümayəndəsi Furuya Keiji də açıqlamasında Tayvanla münasibətləri gücləndirəcəyinə söz verib.
Furuya Yaponiya-Tayvan əlaqələrinin " həmişəkindən daha vacib " olduğunu bildirib və ABŞ da daxil olmaqla, regionun digər ölkələri ilə güclü əməkdaşlığa çağırıb.