"Qalib gəlsəm, miqrantları göndərəcəm"
    • 23-05-2024, 12:44
    • 168

"Qalib gəlsəm, miqrantları göndərəcəm"

İngiltərə Ruandaya mühacir göndərməyə başlayır. İnsan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid edilən Ruanda qanunu baş nazir Rişi Sunakın rəhbərlik etdiyi hökumət üçün prioritet məsələdir.

News24.az xəbər verir ki, Britaniyanın baş naziri Rishi Sunak iyulun 4-də keçiriləcək ümumi seçkilərdə qalib gələcəyi təqdirdə Ruandaya immiqrasiya uçuşlarının başlayacağına zəmanət verib.

Baş nazir miqrant böhranını həll etmək planının "işləyəcəyini" və bunun "ölkəsi üçün cəsarətli addımlar atmağa hazır olduğunu" göstərdiyini söyləyib.

O, həmçinin iddia edib ki, Avropa miqrantların üçüncü ölkəyə deportasiya edilməsinin qeyri-qanuni immiqrasiya ilə mübarizədə düzgün yanaşma olduğunu “nəhayət başa düşür”.

Bu gün səhər jurnalistlərə açıqlama verən Sunak, "Əgər məni seçsəniz, iyulun 5-də baş nazir olsam, miqrant uçuşları Ruandaya yola düşəcək və gəmiləri dayandırmaq üçün lazım olan çəkindirici həlli həyata keçirməyə başlayacağıq. Caydırıcı bir vasitəniz olmadıqca bu problemi dayandırmaq mümkün deyil" deyib.

Baş nazirin açıqlamalarına görə, iyul ayında keçiriləcək seçkilərdən əvvəl Ruandaya ilk uçuşlar həyata keçirilməyəcək.

Avropa Şurasının İnsan Haqları Bölməsi Britaniyanı mübahisəli immiqrasiya planını ləğv etməyə çağırıb, Birləşmiş Millətlər Təşkilatı isə qanunun yenidən nəzərdən keçirilməsini istəyib.

Günel Məlikzadə