"X" Türkiyədə nümayəndəlik açdı
    • 23-05-2024, 22:30
    • 106

"X" Türkiyədə nümayəndəlik açdı

Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Uraloğlu X sosial media platformasının bundan sonra İstanbuldakı nümayəndəliyi ilə Türkiyədə fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, nazir Uraloğlu sosial media hesabındakı paylaşımında prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi nəticəsində sosial media platforması X-in İstanbulda nümayəndəliyinin açılmasını vurğulayıb.

Qeyd edək ki, X sosial media platformasına Türkiyədə nümayəndəlik açması ilə bağlı xəbərdarlıq edilib və nümayəndəlik açılana qədər Türkiyədə platformaya reklam qadağanı qoyulub.

Ötən aylarda əlavə sanksiya olaraq X-ə bant daraltma cəzasının tətbiq edilib-edilməyəcəyi sualına isə Uraloğlu, “X hələ də Türkiyəyə nümayəndə təyin etməyib. Bununla bağlı hüquqi tənzimləmə də tələb olunacaq. Danışıqlarımız hələ də davam edir. Reklam qadağası qüvvədədir. Sonradan qrupların daralması da gündəmimizdədir” deyib.

Günel Məlikzadə