Türkan Şoray son vəziyyətini paylaşdı
    • 23-05-2024, 23:59
    • 5 340

Türkan Şoray son vəziyyətini paylaşdı

Yeşilçamın usta sənətçisi Türkan Şoraya pnevmoniya diaqnozu qoyulub. Müalicəsinə başlayan sənətçi 6-10 may tarixləri arasında KKTC-də keçiriləcək Kipr Şəhidlərini Anma və Qazilərlə Görüş proqramına həkimlərin səyahət icazəsi vermədiyi üçün qatıla bilməyib.

News24.az xəbər verir ki, evində dincələn Türkan Şoray son vəziyyətini izləyiciləri ilə bölüşüb. Məşhur ad yazısında aşağıdakı ifadələrdən istifadə edib:

"Bir aya yaxın idi ki, pnevmoniyadan müalicə alırdım. Bu gün həkimdən qəbulunda oldum, dedi ki, yaxşılaşıram. Həkimlərimiz başımızın tacıdır".

Qeyd edək ki, 78 yaşlı Türkan Şorayın paylaşımı pərəstişkarlarının "Ona tez sağalmasını və xoşbəxt ömür arzulayıram" mesajları ilə dolub.

Günel Məlikzadə