Kiyev və bölgəyə XƏBƏRDARLIQ
    • 24-05-2024, 10:44
    • 164

Kiyev və bölgəyə XƏBƏRDARLIQ

Kiyevdə, eləcə də Çerniqov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

News24.az xəbər verir ki, bunu ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar təsdiqləyir.

Qeyd edək ki, saat 08:57-də Kiyevdə həyəcan təbili çalıb və bir neçə dəqiqə ərzində digər bölgələrə də yayılıb.

Səhər saatlarında Dnepropetrovsk, Poltava, Sumı və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.

Bundan əvvəl Xarkov hakimiyyəti bölgədə hava hücumu xəbərdarlığı fonunda şəhərdə on partlayışdan danışıb. Şəhərin meri İqor Terexov nəqliyyat infrastrukturunun zərər çəkdiyini vurğulayıb.

Onu da bildirək ki, Rusiya ordusu Ukrayna infrastrukturunu 2022-ci ilin oktyabrında, Krım körpüsünün partlamasından qısa müddət sonra hədəfə almağa başlayıb. O vaxtdan bəri Ukraynanın müxtəlif bölgələrində, tez-tez ölkə daxilində hava hücumu xəbərdarlığı müntəzəm olaraq elan edilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar enerji sektoru, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə sahələrindəki hədəflərə edilir.

Bundan əvvəl Ukrayna Rusiya təyyarələrinin 16 dəfə çox bomba atmağa başladığını bəyan edib.

Günel Məlikzadə