"Şəhriyar Amerika kəşf etməyib" - Murad Arif
    • 24-05-2024, 13:55
    • 220

"Şəhriyar Amerika kəşf etməyib" - Murad Arif

Müğənni Murad Arif qrosmeyster Şəhriyar Məmmədyarovun “Kişilər qadınlardan güclüdür” fikrinə münasibət bildirib.

News24.az xəbər verir ki, müğənni 23 mayda Heydər Əliyev Sarayında keçirilən konserti zamanı bu barədə danışıb.

“İnsanlar əsrlərdir patriarxal bir dünyada yaşayır. Yalnız bu səbəbdən kişilər cəmiyyətdə söz və mövqe sahibi olaraq müxtəlif sahələrdə öndə ola biliblər. Bunu tarix bizə söyləyir. İstənilən sahədə bəylər öndədirsə, deməli, onlara zəmin yaradılıb. Bir çox sahədə öndə olan kişilərin əziyyəti sevdikləri qadınların uğrunadır”.

Müğənni qeyd edib ki, heç kim üstün və heç kim artıq deyil. Burada komanda işi olmalıdır.

“Bu həyatda hər kəsin öz yükü və öz mövqeyi var”.