-
- 25-05-2024, 13:48
- 207
Yaponiyadan müstəqil Fələstinə dəstək
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Fələstin məsələsi ilə bağlı açıqlamalar verib.
News24.az xəbər verir ki, bölgədə gərginliyin azaldılması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün diplomatik səylərini davam etdirəcəklərini vurğulayan Kamikava Yaponiyanın tərəflər arasında etimadın yaradılması istiqamətində də səylərini davam etdirəcəyini bəyan edib.
Fələstinlilərin müstəqil dövlətə sahib olmaq istəyini anladıqlarını ifadə edən Kamikava, "Tərəflər arasında aparılan danışıqları və iki dövlətli həll yolunu dəstəkləyirik. Fələstinlilərin müstəqil dövlət qurmaq məqsədini anlayır və bu istiqamətdə səylərini alqışlayırıq".
Kamikava, "Sülh prosesinin necə irəlilənə biləcəyini nəzərə alaraq, Fələstin dövlətinin tanınması məsələsini hərtərəfli həll etməyə davam edəcəyik" deyib.
Kamikava əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant üçün “həbs orderi” verilməsi tələbi ilə bağlı prosesi izləyəcəklər.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 139-u Fələstini dövlət kimi tanıyır.
Bu ay BMT Baş Assambleyasının 193 üzvündən 143-ü Fələstinin BMT-yə üzv olmasına səs verdi, bunu yalnız dövlətlər edə bilər.
Yaxın Şərq, Afrika və Asiyanın əksəriyyəti Fələstin dövlətini tanısa da, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və bir çox Qərbi Avropa ölkələri tanımır.
Günel Məlikzadə