Türkiyə bu ölkədəki vəziyyətlə bağlı bəyanat yaydı
    • 25-05-2024, 21:41
    • 171

Türkiyə bu ölkədəki vəziyyətlə bağlı bəyanat yaydı

    

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) son vaxtlar Myanmada artan münaqişələrlə bağlı bəyanat yayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, Myanmada son aylarda şiddətlənən münaqişələr və mülki əhali arasında artan itkiləri böyük narahatlıq hissi ilə izlədiklərini bildirən XİN bölgəyə humanitar yardımların çatdırılması üçün çağırış edib.

“Son günlərdə başda Rohinqa müsəlmanları olmaqla, Arakan əyalətindəki mülki əhaliyə qarşı edilən hücumlar və on minlərlə insanın yerindən didərgin edilməsinə yol açan hüquq pozuntuları ilə bağlı xəbərlər bizi dərindən kədərləndirir”, - bəyanatda bildirilib.

Nazirlik münaqişə tərəflərini beynəlxalq hüquq və humanitar normalara əməl edərək, mülki əhali və infrastrukturu qorumağa, etnik və ya dini münaqişələri artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.