Məşhur aktyor GÜLLƏLƏNDİ - FOTO
    • 27-05-2024, 11:02
    • 2 474

Məşhur aktyor GÜLLƏLƏNDİ - FOTO

Amerikalı məşhur aktyor Conni Vaktor öldürülüb.

News24.az Lent.az-a istinadən bildirir ki, aktyor Los-Ancelesdə güllələnib. Los Anceles Polis Departamentinin məlumatına görə, hadisə bazar günü saat 3 radələrində Vest-Piko bulvarı və Sayt-Houp küçəsi ərazisində baş verib. Məlumata görə, xəstəxanaya çatdırılan 37 yaşlı Vaktor aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, aktyor daha çox “General hospital” serialındakı Brando Corbin rolu ilə tanınıb.