Stoltenberqdən Ukrayna ilə bağlı İLGİNC AÇIQLAMA
    • 27-05-2024, 19:29
    • 173

Stoltenberqdən Ukrayna ilə bağlı İLGİNC AÇIQLAMA

“Avropa İttifaqı Ukraynaya 1 milyon mərmi vəd edib, lakin vədini yerinə yetirməyə belə yaxınlaşmayıb”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, NATO Parlament Assambleyasının sessiyasında çıxış edən baş katib Yens Stoltenberq təpkisini bu sözlərlə dilə gətirib.

“NATO ölkələri Ukraynanı bütün silahların 99%-i ilə təmin edib, lakin bu, kifayət deyil, biz Kiyevə kifayət qədər göndərməmişik və ciddi gecikmələr olub. Birləşmiş Ştatlar 6 ay ərzində Ukraynaya yardım paketini müzakirə etdi, Avropa İttifaqı 1 milyon mərmi vəd etdi, lakin bu rəqəmə yaxınlaşa bilmədi”, - deyə Stoltenberq tədarükün daha da artırılmasına çağırıb.

Onun fikrincə, Ukrayna qüvvələrinin çoxsaylı yerli məğlubiyyətlərinin əsas səbəbi hərbi təchizatın çatışmazlığıdır.