Azərbaycanda yaşayış binasında partlayış oldu
    • 27-05-2024, 17:07
    • 249

Azərbaycanda yaşayış binasında partlayış oldu

Xudat şəhərində yaşayış binasında partlayış baş verib.

News24.az report-a istinadən xəbər verir ki, Xudat şəhərinin mərkəzində konserv zavoduna məxsus 16 mənzilli, iki mərtəbəli yaşayış binasında, Mais Mahmudova məxsus evdə partlayışla müşayiət olunan yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.