Helikopter qəzasından sağ çıxan yeganə şəxs - Foto
    • 28-05-2024, 20:21
    • 311

Helikopter qəzasından sağ çıxan yeganə şəxs - Foto

Mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğramasından sonra cangüdənin sağ olduğunu sübut edən fotosu yayılıb.

News24.az axar.az-a istinadla xəbər verir ki, o, Məşhəddə İmam Rzanın ziyarətgahında iştirak etdiyi yas mərasimində görüntülənib.

Bundan əvvəl adı və şəkli helikopter qəzasında həlak olan 9 nəfərin siyahısına salınan İbrahim Rəisinin cangüdəni SEPAH-ın "Əlmehdi" Xüsusi Qüvvələrinin zabiti Cavad Mehrabidir.

Qeyd edək ki, qəzaya uğrayan helikopterlə bağlı yayılan və uzaqdan çəkilmiş ilk video və fotolarda qəza yerində bir şəxsin olduğu görünürdü.