Şagirdlər "Liatris Holding"də medianın sirlərini öyrəndilər - VİDEO
    • 28-05-2024, 16:34
    • 577

Şagirdlər "Liatris Holding"də medianın sirlərini öyrəndilər - VİDEO

189-190 nömrəli tam orta məktəbin 3 A sinif şagirdləri "Liatris Holding"in qonağı olublar.

Şagirdlər News24.az xəbər portalı və RTV internet televiziyasının kollektivi ilə tanış olublar.

Şagirdlərə News24.az xəbər portalında operativ yayımlanan xəbərlər, redaktor heyətinin fəaliyyəti, pavilyonda çəkilən verilişlər, müxbirlərin çəkiliş prosesinə hazırlığı, montaj, səsyazma, mətnlərin hazırlanması, videoların SMM komandası tərəfindən yayımı, News24.az və RTV-nin youtube, facebook, instagram və tiktok platformalarında rəsmi səhifələri, hazırlanan video və yazılı reportajların qrafik-dizaynı, operator komandasının iş üslubu, media subyektlərinin texniki bazası barədə ətraflı məlumat verilib.