“NATO nə ilə oynadığını bilməlidir” - Putin
    • 28-05-2024, 18:10
    • 122

“NATO nə ilə oynadığını bilməlidir” - Putin

Moskva öz ərazisinin dərinliklərində zərbələr barədə iddiaları diqqətlə izləyir.

News24.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, NATO nə ilə oynadığını bilməlidir.

“Rusiyada yüksək dəqiqlikli silahların tətbiqindən danışan Stoltenberq bilməyə bilməz ki, bu cür zərbələr Ukrayna hərbçilərinin iştirakı olmadan, yalnız kosmik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər”, – Putin qeyd edib.

Mehriban Mirzəzadə