Putin: “Ukraynanın NATO-ya qəbul edilməsi Rusiyaya təhdiddir”
    • 29-07-2023, 09:41
    • 227

Putin: “Ukraynanın NATO-ya qəbul edilməsi Rusiyaya təhdiddir”

Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqının dağılmasından sonra Ukraynanın müstəqillik bəyannaməsində “neytral dövlət” kimi göstərildiyini bəyan edərək, bu ölkənin NATO-ya çıxarılması cəhdlərinin Rusiyanın təhlükəsizliyinə əsaslı təhdid olduğunu bildirib.

News24.az xəbər verir ki, bu barədə o, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində Afrika ölkələrinin liderləri ilə Ukrayna ilə bağlı keçirdiyi görüşdə çıxış edərkən danışıb.  

İclasın mətbuat konfransında çıxış edən Putin Cənubi Afrika prezidenti Siril Ramafosanın iyun ayında Ukrayna ilə bağlı gətirdiyi təklifləri diqqətlə təhlil etdiklərini qeyd edib.