İstanbulda körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
    • 29-05-2024, 09:15
    • 146

İstanbulda körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

İstanbulda 15 İyul Şəhidlər Körpüsü, Fatih Sultan Mehmet (FSM) və Yavuz Sultan Səlim körpüləri qAzərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

News24.az xəbər verir ki, mayın 28-də Azərbaycanın Müstəqillik Günündə Bosfor boğazındakı körpülər Azərbaycan bayrağının rəngləri olan qırmızı, mavi və yaşıl rənglərlə işıqlandırılıb.

Öz hesabında paylaşım edən Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu həmin körpünün fotosunu paylaşıb.

Günel Məlikzadə