Enes Ünaldan 4 illik müqavilə
    • 29-05-2024, 15:22
    • 332

Enes Ünaldan 4 illik müqavilə

İngiltərə klubundan verilən açıqlamada ötən mövsüm İspaniyanın "Xetafe" komandasından icarəyə götürülən milli futbolçunun məcburi alış opsiyasından istifadə edildiyi və onunla 4 illik müqavilə imzalandığı bildirilib.

News24.az xəbər verir ki, hücumçu kimi çıxış edən 27 yaşlı futbolçu “Bursaspor”dakı karyerasından sonra (2013-2015) “Mançester Siti”dən transfer olunsa da, bu komandada şans tapmayıb və icarə əsasında Hollandiya “Genk”ində çıxış edib. Daha sonra İspaniyanın “Vilyarreal” komandasına keçən Enes növbəti mövsümlərdə “Levante” və “Valyadolid”ə icarəyə verilib.

Qeyd edək ki, 2020-ci ildə “Xetafe”yə transfer olunan Enes 2023-cü ilin mayında sağ dizin çarpaz bağlarından əməliyyat keçirdikdən sonra təxminən 7 ay meydanlardan uzaq qalıb.

Onu da bildirək ki, keçən fevralda məcburi alış opsiyonu ilə İngiltərə klubuna icarəyə verilən milli futbolçu bu mövsüm "Bornmut"la Premyer Liqada 16 matçda 2 qol vurub.

Günel Məlikzadə