TikTok-dan yeni funksiya
    • 29-05-2024, 15:27
    • 178

TikTok-dan yeni funksiya

TikTok yeni funksiyasını populyarlaşdırmaq üçün hərəkətə keçib.

News24.az xəbər verir ki, TikTok Qlobal Yayım və Tərəfdaşlıqların prezidenti Valiant Richey və TikTok Yaxın Şərq, Şimali Afrika, Türkiyə Regional İctimai Siyasət Meneceri Emir Gelen valideynlərə öz hesablarını gənclərin hesablarına qoşmağa, müxtəlif məxfilik, təhlükəsizlik nəzarətlərini həyata keçirməyə imkan verən xüsusiyyətin təfərrüatlarını izah ediblər.

Qeyd edək ki, Ailə Uyğunluğu xüsusiyyətinin gənclər üçün daha təhlükəsiz bir TikTok təcrübəsi yaratmaqda həlledici olduğunu bildirən TikTok Qlobal Yayım və Tərəfdaşlıqlar prezidenti Richey, tətbiqin gənclərin həyatında müsbət rol oynamasını istədiklərini vurğulayıb.

TikTok istifadə edən bir çox valideynlərin mövcud vasitələrdən istifadə etmək istədiklərini, lakin onlardan xəbərsiz və ya onlardan necə istifadə edəcəyini bilmədiklərini ifadə edən Richey, Ailə Uyğunlaşmasının bu səbəbdən çox vacib olduğuna diqqət çəkib.

Onu da bildirək ki, TikTok Yaxın Şərq, Şimali Afrika, Türkiyə Regional İctimai Siyasət Meneceri Emir Gelen izah etdi ki, moderasiya qrupları TikTok-dakı məzmunun icma qaydalarına uyğun olmasını təmin etmək üçün çalışır.


Günel Məlikzadə