"Zamanı dayandıran" qadın
    • 29-05-2024, 22:30
    • 273

"Zamanı dayandıran" qadın

ABŞ-ın Nyu-York şəhərində çinli mühacir ailəsinin övladı Vera Ellen Vanq dünyaca məşhur dizaynerdir.

News24.az xəbər verir ki, indiyə qədər məşhurlar üçün bir çox gəlinlik və gecə paltarları hazırlayan Wang, yalnız uğurlu dizaynları ilə deyil, yaşı ilə də tez-tez gündəmə gəlir.

Qeyd edək ki, iyunun 27-də 75 yaşı olacaq dizayner 1949-cu ildə anadan olub.

Gənc görünüşü ilə diqqət çəkən dizaynerə "Benjamin Batton sindromu olmalısan, əksinə qocalırsan" və "Zaman sənin qarşısında əyilir və hərəkətini dayandırır" kimi şərhlər alıb.

Bildirək ki, fiziki quruluşu ilə bizi valeh edən dizaynerin sirri sağlam qidalanma və idmandır. O, həm də uzun saatlarla işləməyin qocalığa qarşı ən yaxşı dərman olduğunu iddia edir. Bütün bunlarla yanaşı, Vera genetik cəhətdən də şanslıdır. 

Günel Məlikzadə