Hadisə aktrisa oldu - 10 milyon qazanacaq
    • 30-05-2024, 12:25
    • 176

Hadisə aktrisa oldu - 10 milyon qazanacaq

Məşhur müğənni Hadisə serialda rol alacaq.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, müğənni uzun müddət idi ki, aktrisalıq təkliflərini rədd edirdi.

Rəqəmsal platformada yayımlanacaq 8 seriyalı serial üçün 10 milyona razılaşan Hadisə tezliklə çəkiliş meydançasına çıxacaq.

Hazırda dərs alan müğənnini yaxın dostu Seda Bakanın razı saldığı deyilir.

Qeyd edək ki, sosial şəbəkədəki səhifəsindən aktiv istifadə edən Hadisə cəsarətli paylaşımları ilə diqqət çəkir.