Paşinyan: “Həyat yoldaşımın iştirakı ilə həmin gün...”
    • 30-05-2024, 20:51
    • 159

Paşinyan: “Həyat yoldaşımın iştirakı ilə həmin gün...”

Ermənistan müxalifəti hakimiyyəti ölkənin şimalında baş verən təbii fəlakət fonunda baş nazirin xanımının iştirakı ilə şənlik təşkil etməkdə suçlayır.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, Nikol Paşinyan bununla bağlı danışıb.

“Bildiyimə görə, həmin tədbirin əsas faydalananları arasında həlak olan hərbçilərin anaları da olub. Üstəlik, bu tədbir 5-6 ay əvvəl planlaşdırılıb. Orada əsas məqsəd həlak olan hərbçilərin analarına təsəlli vermək, onlara kömək göstərmək olub. İstənilən vətəndaş harada musiqi olması, harada qara, harada ağ geyinilməsi barədə hökm verə bilər”, - deyə Paşinyan bildirib.