"Şəmkirli Zakir" həbsdə öldü
    • 30-05-2024, 22:00
    • 145

"Şəmkirli Zakir" həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Zakir Əmiraslanov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, kriminal aləmdə "Şəmkirli Zakir" kimi tanınan Zakir Əmiraslanov 2 il əvvəl narkotik və silahla tutulub.